Şriftin ölçüsü :

Saytın rəngi :

ELAN:

30 iyun 2020 | 16:00

Bərdə ASAN Xidmət Mərkəzinin Səyyar Qrupu 01 iyul-30 iyul 2020-ci il tarixlərində 30 gün müddətində Goranboy və ətraf rayon  sakinlərinə  xidmət göstərəcək.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Əmlak Məsələləri üzrə Dövlət Komitəsi təırəfindən təqdim olunur.
Göstəriləcək xidmətlərə daxildir:
-notariat fəaliyyəti.
-vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı.
-şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi
-ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi
-sürücülük vəsiqələrinin dəyişdirilməsi
-əmək pensiyalrının təyin edilməsi
-mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması   barədə çıxarışların, texniki passportların verilməsi
-fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması   barədə çıxarışların, texniki passportların verilməsi
-torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması   barədə çıxarışın, həmin torpaq sahəsinin planının və ölçüsünün verilməsi xidməti
-daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına dair dövlət reyestrlərinə arayışların verilməsi.

Keçidlər