Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyəti başçısı yanında Operativ Qərərgah xəbərdarlıq edir:

05 aprel 2020 | 04:01

Operativ Qərərgah, Respublikada elan edilmiş xüsusi karantin rejiminin tələb və qaydalarına əməl olunması ilə bağlı, rayon ərazisində monitorinqlər aparmışdır. Aparılan monitorinq zamanı 83 nəfərin karantin rejiminin tələblərini pozduğu aşkar edilmiş və onlardan 50 nəfərinə rayon Polis Şöbəsi tərəfindən qanuna müvafiq qaydada inzibati cərimələr tətbiq edilmişdir.
Əziz goranboylular,
Operativ Qərərgah sizi, Nazirlər Kabinetinin Qərarı ilə, 05 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020- ci il saat 00:00-dək  tətbiq edilmiş xüsusi karantin rejiminin tələblərinə ciddi əməl etməyə çağırır. Qaydaları pozan şəxslərə, qanuna müvafiq qaydada, daha sərt cəza tədbirləri görüləcəyi və həmin şəxslərin adlarının rayon İcra Hakimiyyətinin rəsmi internet saytı, facebook və instagram səhifələrində ictimailəşdiriləcəyi  bildirilir.
“Evdə qalın-sağlam qalın. Qəhrəman Goranboyluları  qoruyaq”

 

Keçidlər