Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayonunun Nərimanlı kəndində səyyar qəbul keçirildi.

11 yanvar 2020 | 07:25

Goranboy rayon İcra Hakimiyyətinin başçısı cənab Məhərrəm Quliyev, rayonun digər rəhbər şəxsləri ilə birgə,  10 yanvar 2020-ci il tarixdə rayonun Nərimanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyində oldu. Burada Nərimanlı və Zeynallı kəndlərinin sakinləri ilə görüşən İcra Başçısı  onların  problem və müraciətlərini dinləyərək ərazidə həlli vacib məsələlərlə yaxından tanış oldu. Səsləndirilən problem və təkliflərin obyektiv surətdə araşdırılması və həlli ilə bağlı, aidiyyəti üzrə məsul şəxslərə yerində  lazımı tapşırıqlar verildi.

 

Keçidlər