27 mart 2014-cü il tarixdə Goranboy rayon İcra Hakimiyyətində Milli Təhlükəsizlik orqanlarının yaradılmasının 95-ci ildönümü ilə bağlı tədbir keçirilmişdir. Tədbirdə Rayon İcra Hakimiyyətinin məsul işçiləri,inzibati orqanların rəhbərləri, MTN rayon şöbəsinin və əks kəşfiyyat xidmətinin əməkdaşları, idarə, müəssisə rəhbərləri iştirak etmişdir.
Tədbirdə çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev milli təhlükəsizlik orqanları əməkdaşlarını təbrik edərək qeyd etmişdir ki, bu gün Azərbaycanın hüquq sistemində özünəməxsus yeri və nüfuzu olan Milli Təhlükəsizlik orqanlarının yaradılmasının ildönümüdür. Bu peşə bayramı Ulu öndər Heydər Əliyevin 27 mart 1997-ci il tarixli Fərmanı ilə qeyd edilir. Bu münasibətlə Milli Təhlükəsizlik Nazirliyi rayon şöbəsinin əməkdaşlarını təbrik edir, ən xoş arzularımı çatdırıram.
Nazirliyin rayon şöbəsi də rayon İcra Hakimiyyəti və hüquq mühafizə orqanları ilə əlaqəli işləyir, ən əsası isə bu orqanlar arasında yüksək etimad mühiti vardır.
Tədbirin sonunda Peşə bayramı münasibəti ilə MTN rayon şöbəsi və əks kəşfiyyat bölməsinin bir qrup əməkdaşına rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim edildi.