Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboyda İcra Başçısı Vətən Müharibəsi şəhidimiz İxtiyar İlqaroğulunun doğum günündə ailəsini ziyarət etdi.

06 iyul 2022 | 17:25

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev  bir qrup məsul şəxslər və  ictimai fəallarla birgə rayonunun Goranlı kəndindən Vətən müharibəsi şəhidimiz İxtiyar İlqaroğlunun doğum  günündə,  məzarını və ailəsini ziyarət etdilər, şəhidimizin əziz xatirəsini bir daha andılar. Şəhidimizin xatirəsinə həsr olunmuş anım tədbirində çıxış edən İcra Başçısı qeyd etdi ki,  Möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın Silahlı Qüvvələri 2020-ci ilin sentyabrın 27-dən noyabrın 10-dək davam edən 2-ci Qarabağ müharibəsində bütün döyüş əməliyyatlarını yüksək səviyyədə həyata keçirməklə mənfur düşməni diz çökdürdü, şanlı Zəfər qazandı, tarixi ədaləti, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə rayonumuzun yaşayış məntəqələrində Abidə Kompleksləri, Bulaqlar və Xatirə guşələri yaradılır. Bu yaxınlarda açılışına toplaşdığımız Goranboy şəhəri Şəhidlər Abidə Kompleksi də məhz şəhid ailələrimizin rayon rəhbərliyinə müraciətləri əsasında, yeni layihə və memarlıq-arxitektura üslubunda inşa edilmişdir və bu gün goranboyluların müqəddəs ziyarət ünvanıdır.

Tədbirdə məktəblilərin təqdimatında şəhidlərimizə və Şanlı Vətən müharibəsinə həsr  olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirildi.

Keçidlər