Şriftin ölçüsü :

Saytın rəngi :

Latviyalı qonaqların Goranboy səfəri zəngin keçdi.

09 oktyabr 2019 | 16:00

Məlumat verdiyimiz kimi, Latviya Respublikasının Valka şəhərinin Merinin rəhbərlik etdiyi nümayəndə heyətinin   “Goranboy və Valka –qardaşlaşmış şəhərlər” missiyası ilə, 07 oktyabr 2019-cu il tarixdən başlayan Goranboy səfəri   08 oktyabr tarixində də, zəngin proqram ilə müşayət olundu.
     Qonaqlar “ Azərxalça” ASC-nin Goranboy filialında, “ Evalar” tekstldə,   “Azərpambıq” ASC-nin Goranboy məntəqəsində, Goranboy “Region-Aqro”da, Qızılhacılı qəsəbəsi ərazisində  fəaliyyət göstərən müasir İstilikxana kompleksində və “G-GROUP” MMC-də olmuş, müəssisələrin fəaliyyəti və istehsal imkanları ilə  yaxından tanış olmuşlar.
     Daha sonra  rayonun Yuxarı Ağcakənd qəsəbəsində olan qonaqlara Goranboyun əsrarəngiz təbiət və turizm imkanları göstərilmiş, xalq incəsənətimizin və milli mətbəximizin dəyərli nümunələri nümayiş etdirilmişdir.
     “Goranboy və Valka – qardaşlaşmış şəhərlər” missiyası çox zəngin olmuş və qonaqlarımızın səfəri 09 0ktyabr 2019-cu il tarixində uğurla başa çatmışdır.

 

Keçidlər