Bu gün bütün ölkə ərazisində Ulu Öndərin xatirəsi ehtiramla yad edilir. Goranboy rayonu ərazisində də təhsil, səhiyyə ocaqlarında, idarə və təşkilatlarda Ulu Öndər Heydər Əliyevin xatirəsinin ehtiramla yad edildiyi tədbirlər keçirilmişdir.
Həmçinin rayon ərazisində, bir neçə yerdə Goranboy Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Liderin anım günü ilə əlaqədar ehsan süfrələri açılmışdır.