Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində yanğın təhlükəsizliyi ilə bağlı seminar-iclas keçirildi.

30 iyun 2022 | 17:19

Tədbirdə yay mövsümündə ümumi yanğın təhlükəsizliyi məsələləri ilə yanaşı, yüksək gərginlikli hava elektrik xətlərinin mühafizə zonalarının yanğın təhlükəsizliyinin təmin edilməsinin zəruriliyi diqqətə çatdırılıb. Taxıl və ot yığımı ərəfəsində bütün kənd təsərrüfatı texnikalarının yanğına qarşı hazırlanması, ilkin yağınsöndürmə vasitələri ilə təmin edilməsi və məhsul yığımında iştirak edən texnikanın hamısı biçinə başlamazdan əvvəl yanğına qarşı texniki müayinədən keçirilməsi, onların yanğın təhlükəsizliyi tələblərinə cavab vermələri barədə akt tərtib edildikdən sonra sahəyə buraxılması barədə tapşırıq verilib. Eləcə də, biçilmiş taxıl sahələrinin, quru otun, kol-kos və məişət tullantılarının yandırılmasının qarşısının alınması ilə bağlı tövsiyələr verilib, yolkənarı, meşəətrafı ərazilərdə şumlama yolu ilə yanğına qarşı zolaqların salınmasının vacibliyi vurğulanıb. Kənd təsərrüfatı məhsullarının, o cümlədən taxılın, digər dənli və texniki bitkilərin yanğından qorunması tək yanğın təhlükəsizliyi qurumları əməkdaşlarının deyil, eləcə də təsərrüfat başçılarının, traktorçuların, kombaynçıların, mexanizatorların, mexaniklərin, sürücülərin, məhsul yığımında iştirak edən bütün əməkçilərin ümdə vəzifəsi olması və yanğın təhlükəsizliyi qaydalarının pozulmasına görə cinayət məsuliyyətinin yaranması tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

 

 

Keçidlər