Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə əlaqədar olaraq 31 mart hər il azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.
31 mart 2018-ci il tarixdə Goranboy rayonunda rayon mərkəzindən soyqırım abidəsinə yürüş keçirildi. Əvvəlcə tədbir iştirakçıları abidə önünə tər çiçək dəstələri qoydular. Çıxış edənlər qeyd etdilər ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinə obyektiv mənzərə yaratmaq imkanı əldə edilmiş, uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılmış, azərbaycan xalqına qarşı törədilmiş soyqırım öz siyasi hüquqi qiymətini almışdır. Azərbaycanlıların soyqırımı Bakı, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngilanda, Naxçıvanda, Lənkaranda xüsusi qəddarlıqla həyata keçirilmişdir. Tarixin müxtəlif mərhələsində dinc əhali kütləvi şəkildə qətlə yetirilmiş, kəndlər yandırılmış, milli mədəniyyət abidələri məhv edilmişdir.
Tədbir rayon Mədəniyyət Evinin hazırladığı kompozisiya və rekviyemin səsləndirilməsi ilə sona çatdı.
|
|
|
|