Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy rayon İcra Hakimiyyətində Aparat müşavirəsi keçirildi.

12 sentyabr 2022 | 10:27

Goranboy rayon İcra Hakimiyyətində İcra Başçısı Məhərrəm Quliyevin rəhbərliyi ilə, Aparat müşavirəsi keçirildi. Müşavirədə vətəndaş müraciətlərinə baxılması, xüsusən də Şəhid ailələri və Qazilərin sosial qayğılarının öyrənilməsi və operativ həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, icra nümayəndəliklərində təsərrüfatbaşına kitabların Elektron sistemə işlənilməsinin nəticələri və çatışmazlıqların aradan qaldırılması, icra nümayəndəliklərində nomenklatura üzrə sənədlərin işlənilməsi vəziyyəti, Şöbələr üzrə verilmiş tapşırıqların icra vəziyyəti, aparılan tikinti işlərinin mövcud qanunvericiliyin və memarlıq–arxitektura tələblərinə uyğun təmin edilməsi, aqrar sahədə aparılan mövsümi işlər, əkin sahələrinin suvarma suyu ilə təminatı, tütün yığımı  və pambıq yığımına hazırlıq işləri,  rayonun bütün yaşayış məntəqələrində, Şəhidlər Xiyabanlarında və yolkənarı ərazilərdə təmizlik-abadlıq işlərinin aparılması məsələləri geniş müzakirə edildi, müvafiq tapşırıq və tövsiyyələr verildi.

Keçidlər