17 noyabr 2017-ci il tarixdə Goranboy rayonu Yolpaq kəndinə təbii qazın verilməsi ilə bağlı tədbir keçirildi. Tədbirdə “Azəriqaz” İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismar İdarəsinin rəisi, idarə, müəssisə, təşkilat, kənd sakinləri iştirak etmişdir.
Tədbirdə çıxış edən Goranboy rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev bildirdiki, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda Dövlət Proqramları çərçivəsində geniş miqyaslı infrastruktur layihələr həyata keçirilir. Bu layihələr içərisində yaşayış məntəqələrinin qazlaşdırılması başlıca yerlərdən birini tutur. Bu baxımdan respublikanın hər yerində olduğu kimi Goranboy rayonunda mühüm sosial infrastruktur layihələri icra edilir.
Bu gün açılışına toplaşdığımız Yolpaq kəndinə təbii qazın verilməsi ilə bağlı tədbir də bunun bariz nümunəsidir. Hazırda Yəhərçi Qazaxlar və Goranlı kəndlərində qazlaşma işi başa çatmaq üzrədir. Bir neçə yaşayış məntəqələrin qazlaşması isə növbəti ilin planına daxil edilmişdir.
Tədbirin sonunda rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev kəndə təbii qazın verilməsi münasibətilə kənd camaatını təbrik etdi.
|
|
|