Goranboy rayonunun 2017-ci ilin məzunlarından 500-dən yuxarı bal toplayıb müxtəlif ali məktəblərə qəbul olmuş tələbələrlə görüş keçirildi. Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyevin və Millət Vəkili Ağalar Vəliyevin hər il ali məktəblərə yüksək balla qəbul olan məzunlarla görüş keçirməsi, tələbə adını qazanan məzunları onların valideynlərini, müəllimlərini təbrik etməsi, onlara xoş arzularını çatdırması, qiymətli hədiyyələrlə mükafatlandırması artıq bir ənənəyə çevrilib. Bu gün də ənənə davam etdiririlir.
Ilk olaraq Goranboy rayon icra hakimiyyətinin başçısı Nizaməddin Quliyev iştirakçıları salamladı, rayon təhsilinə başucalığı, şərəf gətirmiş 20 nəfər 600-dən yuxarı bal toplamış, 56 nəfəri isə 500-dən yuxarı bal toplamış məzunları onların valideynlərini və müəllimlərini təbrik edərək xoş arzularını çatdırdı və təhsilə dövlət qayğısından danışdı.
Qeyd edildi ki, bu il rayon üzrə ali məktəblərə qəbul olanların sayı 304 nəfərə çatmışdır. Görüşdə qəbul imtahanları zamanı 500-dən yuxarı bal toplamış məzunlara və onların müəllimlərinə rayon icra hakimiyyəti başçısı Nizaməddin Quliyev və Millət Vəkili Ağalar Vəliyev tərəfindən pul və qiymətli hədiyyələr təqdim olundu.
Ali məktəblərə qəbulun nəticələri barədə məlumatda bildirildi ki, ən yüksək nəticə 685 ball toplamış Qızılhacılı qəsəbə 2 nömrəli tam orta məktəbin məzunu Musayev Samir Sabir oğlu Polis Akademiyasına, 671 bal toplayan Qaraçinar kənd tam orta məktəbin məzunu Mamedov Firdus Ədalət oğlu “Qızıl Medala” layiq görülmüş Azərbaycan Respublikası Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının Beynəlxalq Münasibətlər Fakültəsinə qəbul olmuşdur. Tədbir rayonun mədəniyyət və incəsənət ustalarının ifaları ilə davam etdirildi.
Tələbə adını qazanmış məzunlarla görüş, xatirə şəklinin çəkilməsi ilə başa çatdırıldı.
|
|
|
|