Şriftin ölçüsü :

Saytın rəngi :

İcra Başçısı şəhid ailəsinin evində oldu.

03 sentyabr 2022 | 10:20

Goranboy rayon  İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev rayonun digər rəhbər şəxsləri ilə birgə Yəhərçi-Qazaxlar kəndində Vətən Müharibəsi şəhidi Alıyev Laçın Rasim oğlunun evində oldu, ailə üzvləri ilə  görüşdü.

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Rəşadətli Azərbaycan Ordusunun torpaqlarımızın işğaldan azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi uğrunda həyata keçirdiyi və dünya hərb tarixinə qızıl hərflərlə yazılmış  44 günlük Vətən Müharibəsi zamanı goranboyluların da, o cümlədən Laçın Alıyevin qəhrəmancasına döyüşdüyünü vurğulayan İcra Başçısı Şəhidimizin əziz xatirəsini ehtiramla andı. İcra Başçısı şəhid ailəsinin sosial qayğılarının həlli ilə bağlı da müzakirələr apardı.

Şəhid anası Məlahət Cavadova, şəhid ailələri və qazilərin sosial qayğılarının həlli ilə bağlı dövlətimiz tərəfindən həyata keçirilən əsaslı işlərə və  göstərilən yüksək diqqət və qayğıya görə Ölkə rəhbəri cənab Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.

Şəhid Alıyev Laçın Rasim oğlu Vətən Müharibəsində aparılan döyüş əməliyyatlarında göstərdiyi fədakarlığa görə “Vətən uğrunda”,  “Cəbrayilin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.

Keçidlər