Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy Rayonunda koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri davam etdirilir.

09 noyabr 2020 | 16:00

Ölkədə xüsusi karantin rejimi qaydalarına əməl olunması ilə bağlı Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyyələrinə Goranboy rayonunda ciddi əməl olunur. COVİD-19 infeksiyasına  qarşı birlikdə mübarizə aparmalı, sosial məsafə saxlamalı, tibbi maska və tibbi spirtlərdən istifadə etməli, özümüzü və yaxınlarımızı bu xəstəlikdən qorumalı və başqalarını da qaydalara əməl etməyə təşviq etməliyik. Goranboy rayon İcra Hakimiyyəti yanında yaradılan mobil qruplar və könüllülər tərəfindən əhalinin sıx toplaşdığı yerlərdə pulsuz tibbi maska və dezinfeksiya vasitələr paylanılır, maarifləndirici söhbətlər aparılır.
RİH başçısı yanında Operativ Qərargah tərəfindən həyata keçirilən monitorinq və maarifləndirmə tədbirləri müntəzəm davam etdiriləcəkdir.

 

Keçidlər