Şriftin ölçüsü :

Saytın rəngi :

Yaralanmış “Vətən Müharibəsi” qaziləri evlərində ziyarət edildi.

07 noyabr 2020 | 16:00

     Goranboy rayon icra hakimiyyətinin başçısı Məhərrəm Quliyev Qarabağ Müharibəsi Əlilləri və Şəhid Aillələri İctimai Birliyinin Goranboy rayon şöbəsinin sədri Orxan Əliyev, Çernobıl əlilləri İttifaqı İctimai Birliyi Goranboy rayon filialının sədri Namiq Məmmədov və digər ziyalılar ilə birgə yaralanmış “Vətən Müharibəsi” iştirakçısı Qazanbulaq qəsəbə sakini baş leytenant Avazov İlqar Vüqar oğlunu evində ziyarət etdilər. Avazov İlqar öz döyüş yolu barədə maraqlı söhbətlər etdi. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Vətənin müdafiəsi və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda aparılan döyüşlərdə göstərdiyi xidtmətlərə görə öz təşəkkürünü bildirən icra başçısı, ailələrin problemləri ilə də maraqlandı. Dövlətimizin şəhid ailələrinə və müharibə veteranlarına qayğısını xatırladan Məhərəm Quliyev onların da bu diqqətdən kənar qalmayacaqlarını bildirdi. Sonda xatirə şəkilləri çəkdirildi.

 

Keçidlər