Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyeva: "Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram"

16 oktyabr 2020 | 16:00

Azərbaycan Respublikasının Birinci-Vitse Prezidenti Mehriban xanım Əliyeva ermənilərin Tərtərdə dəfn mərasiminə atəş açması və mülki şəxslərin həlak olması ilə bağlı paylaşım edib.

Mehriban xanım Əliyeva bununla bağlı "Instagram” hesabında yazıb:

"Nə dərəcədə insaniyyətdən kənar, rəhmsiz və mənəvi tənəzzülə uğramış olmalısan ki, dəfn mərasimi zamanı qəbiristanlığı qəsdən atəşə tutasan?
Dünya ictimaiyyətini Ermənistanın müharibə cinayətlərini qınamağa çağırıram. Həlak olanların ailələrinə və doğmalarına başsağlığı verirəm. Allah rəhmət eləsin”.

Keçidlər