Şriftin ölçüsü :

Saytın rəngi :

24 sentyabr 2020-ci il tarixdə Heydər Əliyev Mərkəzinin qarşısında açıq havada rayonun idman ictimaiyyəti ilə görüş təşkil edildi

24 sentyabr 2020 | 16:00

Görüşün təşkil olunmasının məqsədləri, idman sahəsində baş verən hadisələr, pandemiya dövründə idman sahəsində görüləcək işlərdən ibarət oldu. Tədbirdə, idman sahəsində fəaliyyət göstərən bütün məşqçi müəllimlərlə yanaşı  idmançılar və idmansevərlər də iştitak etdi.
         Görüşdə idman sahəsi ilə bağlı səsləndirilən təkliflər:  Civəzadə massivində  quraşdırılmış mini futbol meydançasının başqa yerə köçürülməsi, rayonumuzun qəsəbə və kəndlərində idman meydançası üçün torpaq sahəsinin ayrılması və Goranboy şəhər mərkəzi stadionunun  təmir edilməsi bildirildi. Sonda Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov səsləndirilən təkliflərə öz fikirlərini bildirərək nəzarətə götürüb, məsələlərin rayon rəhbərliyi qarşısında  qaldıracağını  söz verdi.

 

Keçidlər