Şriftin ölçüsü :

Saytın rəngi :

Goranboy şəhərinin daha bir küçəsi - Rəhman Əliyev küçəsi yenidən qurulur.

14 sentyabr 2020 | 16:00

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev və Milli Məclisin deputatı Anar Məmmədov Goranboy şəhərinin Rəhman Əliyev küçəsində aparılan tikinti və yenidənqurma işləri ilə yerində tanış oldular. Ümumi uzunluğu 650 metr olan küçənin hər iki tərəfinə bardürlər düzülür, səkilər salınır, 21 ədəd müasir tipli işıq dirəklərinin quraşdırılması və təmir-bərpa işləri başa çatdıqdan sonra küçənin yenidən asfaltlaşdırılması nəzərdə tutulmuşdur.
İcra başçısı və deputat bir qrup şəhər sakinləri ilə görüşdü, onların problemləri ilə maraqlandı.

 

Keçidlər