Home Contact Phone
background
  • Ünvan: Azərbaycan Respublikası, Goranboy şəhəri, Heydər Əliyev prospekti, 1
  • Faks: (+994 022-24) 5-31-61
  • E-mail: mail@goranboy-ih.gov.az

Xəbərlər

  • Azərbaycan xalqının xilaskarı-Heydər Əliyev

    Azərbaycan xalqının xilaskarı-Heydər Əliyev

    2021-06-12

    Xalqımızın taleyində böyük əhəmiyyət daşıyan günlərdən biri, Milli Qurtuluş Günüdür. 1993-cü ilin iyun ayında Ümummilli Lider Heydər Əliyevin ikinci dəfə Azərbaycanda hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını yerinə yetirməsi xalqımız tərəfindən dövlətimizin qurtuluşu kimi qeyd olunur.

  • Heydər Əliyev: Azərbaycan dövlətinin xilaskar...

    Heydər Əliyev: Azərbaycan dövlətinin xilaskarı və qurucusu

    2021-06-11

    XX əsrin sonlarında yenidən müstəqillik qazanmaq kimi tarixi fürsəti əldə edən Azərbaycan qısa vaxtdan sonra onun itirilməsi təhlükəsi ilə üzləşdi. Ölkədə hakimiyyət böhranı 1993-cü ilin iyununda kulminasiya həddinə çatdı, xaos və anarxiya respublikanı bürüdü. Vətəndaş müharibəsi dərəcəsinə yüksəlmiş qarşıdurma nəinki dövlət müstəqilliyimizi, hətta milli varlığımızı belə birbaşa hədəfə aldı.

  • Goranboyda Vətən müharibəsi Şəhidi Ələkbə...

    Goranboyda Vətən müharibəsi Şəhidi Ələkbərli Kənan Müşfiq oğlunun xatirəsi doğum günündə anıldı.

    2021-06-11

    Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva rayon Ağsaqqalar şurasınınn sədri Rəddin Məmmədov, digər ağsaqqalar və ictimai fəallar ilə birlikdə Qızılhacılı qəsəbəsindən Vətən müharibəsi Şəhidi Ələkbərli Kənan Müşfiq oğlunun Balakürd kəndində məzarını ziyarət etdilər, ruhuna dualar oxundu, xatirəsi anıldı. Daha sonra Şəhidimiz və onun Şəhid əmisi Ələkbərov Cabbarın xatirəsinə inşa edilmiş Xatirə-bulaq Kompleksinin açılşı oldu.

  • Goranboyda sel fəsadlara səbəb oldu

    Goranboyda sel fəsadlara səbəb oldu

    2021-06-10

    09 iyun 2021-ci il tarixində saat 22:05 radələrindən hazıradək güclü yağış yağması ilə əlaqədar,Gorançay, Qaraçay və Kürəkçay çaylarında suyun səviyyəsi artmış, yaranan sel nəticəsində rayonunun 8 yaşayış məntəqəsində fərdi təsərrüfatlara, yol infrakstrukturuna, biçilməmiş taxıl və digər kənd təsərrüfatı təyinatlı bitkilərə qismən ziyan dəymişdir.

  • Goranboyda Vətən müharibəsi Şəhidi Quliyev A...

    Goranboyda Vətən müharibəsi Şəhidi Quliyev Aqşin Mehti oğlunun doğum günündə xatirəsi anıldı.

    2021-06-10

    Goranboy rayon İcra Hakimiyyəti başçısının müavini Mirvari Ağamalıyeva, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov və ictimai fəallar Vətən müharibəsi şəhidi Quliyev Aqşin Mehti oğlunun Bağçakürd kəndində məzarını ziyarət etdilər, ruhuna dualar oxundu, xatirəsi anıldı.

Foto qalereya